Jan 25, 2020, 3:53 pm
3 Users Online

Azərbaycan Maltanın baş nazirinin “başını yedi”

Avropa Parlamenti Araşdırma Missiyası Azərbaycan hökumətinin istintaqa cəlb olunmasını tələb edir 

Joseph Muscat: ‘Bu qaranlıq epizodlu bir işə ən yüksək siyasi dəyər verərək gedirəm” dedi və istefa verdi

 

Maltanın baş naziri Joseph Muscat araşdırmaçı jurnalist Daphne Caruana Galizianın öldürülməsində adının hallandırılmasına və bu işlə əlaqəli tənqidlərə görə, istefa etdiyini açıqlayıb. Bu olay dünən baş verib. Onu ölkədəki Leyborist Partiyası tərəfindən ilk dəfə seçilən millət vəkil Robert Abela əvəzləyəcək. Abela ölkəyə 2022-ci ilin sentyabrına qədər rəhbərlik edəcək.


Joseph Muscat
istefasının məhz jurnalisti öldürülməsi ilə bağlı olduğunu vida çıxışında bir neçə dəfə təkrarlayıb. O, deyib ki, Caruana Galizianın ölümü onu da incidib, lakin o,  jurnalistin ailəsi qədər əziyyət çəkmədiyini etiraf edib.
O, vida nitqində söyləyib: 

 

“Mən baş verənlərə görə peşmanam, eyni zamanda mənim rəhbərliyim dövründə bu işlə bağlı həbslərin olması və qətllə bağlı araşdırılmanın aparılmasıyla qürur duyuram. Cəmiyyətimizi parçalamaq istəyənlərin birlik üzərində qələbə çalmasına imkan verməyin. Qoy, kədər istəyənlər ölkəmizdəki sevincdən qalib çıxmasın”. 

Qeyd edək ki, Avropa Parlamentinin Maltadakı Qanunun Aliliyinin Vəziyyətini Araşdırma Missiyası ötən həftənin əvvəlində Caruana Galizianın cinayəti ilə maraqlanan şəxslərlə əlaqədar araşdırmalarda irəliləyişin olmadığını söyləmişdi.

 

Avropa nümayəndə heyəti baş naziri dərhal istefa etməyi çağırmışdı.
Onu da bildirək ki, Maltanın baş naziri müxbirin ölümü ilə bağlı etirazlar ərəfəsində istefa versə də, 
ölkənin polis və məhkəmə sistemi ilə bağlı da narazılıqlar var.

Muscatın istefasının hazırda ölkədə davam edən hökumət əleyhinə etirazların səngidib səngitməyəcəyi  hələ məlum deyil.

 

Keçən ay bəzi səlahiyyətlilərin istefa verməsinə baxmayaraq, nümayişlər davam etdi.

Jurnalistin ölümü ilə bağlı istintaq hələ də davam edir. Caruana Galizianın ölümünə səbəb olan bombanı maşına quraşdırdığı və ya qoyduğu iddiasıyla üç şəxsə ittiham elan olunub. Noyabrın sonlarında baş nazirin icra aparatının rəhbəri Keith Schembri qətllə əlaqədar saxlanılaraq sorğu-sual edildi. İstefaya məcbur oldu.

Keith Schembri
Keith Schembri

Ancaq o vaxtdan bəri sərbəst buraxıldı. Hələ istintaq altındadır.

Noyabrın 30-da Muscatın istefa edəcəyini söyləməsindən əvvəl məşhur bir maltalı iş adamı Yorgen Fenech  qətldə iştirak etməsi ittihamı ilə tutuldu.

 

Bu ayın sonunda Fenechin mühakimə olunub-olunmayacağını təyin etmək üçün bir məhkəmə iclası gözlənilir. Məlumata görə, o, istintaqa ifadəsində Turab Mirzəyev adlı SOCAR səlahiyyətlisinin adını çəkib. Bəzi ehtimallara görə, sifarişi onun vasitəsilə aldığını istintaqa etiraf edib. Avropa Parlamentinin Maltada olan Araşdırma Missiyası bundan xəbərdardır. Buna görə də Azərbaycandakı parlament seçkilərini izləməyə müşahidəçi göndərməkdən imtina olunub. Bildirilir ki, Avropa Parlamenti və Avropa Birliyinin Araşdırma Missiyası Azərbaycan hökumətinin istintaqa cəlb edilib bu işdə əli olan Azərbaycan səlahiyyətlilərinin cəzalandırılmasında israr edir. Hazırda bu səbəbdən Azərbaycan və Avropa Birliyi, Avropa Parlamenti arasında gərginlik yaşanır. 

Time TV

Leave a comment

Related Posts