Jan 25, 2020, 3:53 pm
3 Users Online

Prezidentin sabiq müşaviri Azərbaycandan qaçdı

Fatma Abdullazadə və ətrafı müxtəlif adlarla banklardan aldıqları kreditləri və digər borcları qaytarmamaq üçün ölkəni birdəfəlik tərk ediblər 

 

Bu günlərdə məlum olub ki, prezidentin humanitar məsələlər üzrə sabiq müşaviri, Prezident Administrasiyasının keçmiş şöbə müdiri, riyaziyyat elmləri doktoru Fatma Abdullazadə Azərbaycanı birdəfəlik tərk edib. Bunu Fatma xanımın vasitəsilə dövlət və özəl banklardan alınan kreditlərin geri qaytarılmasına çalışan rəsmilər aşkar ediblər. Onlar nə qədər çalışsalar da, Abdullazadəylə əlaqə yarada bilməyiblər, yeri müəyyən olunmayıb. Sonradan məlum olub ki, Abdullazadə ümumiyyətlə, Azərbaycandan xaricə köçüb. Onun birdəfəlik Böyük Britaniya Krallığına köçdüyü, bu ölkədə daimi yaşamaq hüququ əldə etdiyi bildirilir. Bu da o deməkdir ki, kobud da çıxsa, it də getdi, ip də. 1993-cü ildən 2017-ci ilin iyun ayının 1-nə qədər Prezident Administrasiyasında çalışmış Abdullazadəni çətin ki, rəsmi axtarışa verələr. Çünki 71 yaşlı Abdullazadə çoxlu sirlərə malikdi. Kimsə də bu qaynayan qazanın ağzını açmaq istəməz.

Qeyd edək ki, 71 yaşlı Fatma Abdullazadə uzun illərdir – 1993-dən Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. 1 iyun 2017-ci ildən onu Fərəh Əliyeva əvəzləyir. 

Time TV

Leave a comment

Related Posts