Jan 25, 2020, 3:52 pm
3 Users Online

Omanın sultanı öldü

Taxtın Almaniyada psixi müalicə almış oğluna keçəcəyi gözlənilir

Bu gün Omanın 50 il sultanı olmuş Kabus Ben Said uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib. Gözlənilir ki, onu yeganə oğlu əvəzləyəcək. Sultanlıq varis kimi ona ötürülməlidir. Yeni sultan olacağı gözlənilən oğul Böyük Britaniyada oxuyub. Almaniyada Federativ Respublikasında hərbi komandir kimi hazırlanıb və sonda da Almaniyada psixoloji müalicə alıb. Amerika Birləşmiş Dövlətlərinin tərəfdaşıdır. Bununla belə, sultanın yaxın qohumu Haitham Tarık el Saidin də şansının böyük olduğu bildirilir. 
Ölmüş sultan haqqında isə dövlət agentliyinin yaydığı məlumatda qeyd olunur ki, sultan həzrətləri müsəlman olaraq Allahın yanına gedib. 

Time TV

Leave a comment

Related Posts