Jan 25, 2020, 3:51 pm
3 Users Online

İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi

Təyyarə raketlə hərbi obyektə bənzədilərək vurulub

Bu günlərdə vurulan Ukrayna Hava Yollarına məxsus və Tehran-Kiyev reysi üzrə hərəkət edən təyyarəni İran hərbi hava qüvvələri vurub. Bunu İran İslam Respublikasının XİN rəhbəri bu gün öz Tvitter hesabında etiraf edib və həlak olanların ailələrindən üzr istəyib.

Bununla da İranın təyyarəni hərbi obyekt zənn edərək vurduğu təsdiqlənib.

Qeyd edək ki, İranda qəzaya uğrayan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin SSRİ-də yaradılan “Tor” zenit-raket sistemindən vurulduğu iddia edilib. Bu barədə Pentaqondakı mənbələrə, habelə ABŞ və İraqdakı xüsusi xidmət orqanlarına istinadən “Newsweek” jurnalı məlumat yaymışdı. 


Pentaqon və ABŞ kəşfiyyat mənbələri iddia edirdi ki, raket təsadüfən atılıb.

CBS News bildirirdi ki, ABŞ rəsmilərinin fikrincə, Ukraynanın “Boeing” şirkəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Birləşmiş Ştatlar İran radarlarının siqnalını, həmçinin güman ki, “Tor” hava hücumundan müdafiə raket sistemindən iki raket atışını qeydə alıb.

CNN, çoxsaylı mənbələrə istinadən, ABŞ hakimiyyətinin təyyarənin səhvən İran raketi ilə vurulduğuna inandığını bildirib. Bu versiya ABŞ kəşfiyyatı tərəfindən toplanan peyk, radar və elektron məlumatların təhlilinə əsaslanırdı.

Time TV

Leave a comment

Related Posts