Dec 6, 2019, 11:44 am
3 Users Online

Milli Məclis buraxıldı

99 lehinə, 1 əlehinə, 1 birtərəf, bir nəfər də səs verməməklə Oktay Əsədovun rəhbərlik etdiyi parlament tarixə qovuşdu

Bu saatlarda Azərbaycanda Milli Məclisin iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı müraciətinə baxılıb. Müraciəti Siyavuş Novruzov oxuyub, Əli Hüseynli hüquqi cəhətdən əsaslandırmağa çalışıb, Oktay Əsədov zərurətindən danışıb. Nəticədə parlamentin buraxılması üçün ölkə başçısına müraciət qəbul edilib. 1 əleyhinə, 1 birtərəf, 1 nəfər də səs verməməklə 99 deputatın lehinə olduğu qərar qəbul edilib. 

Bununla da Oktay Əsədovun rəhbəri olduğu parlament vaxtından əvvəl tarixə qovuşdu. 

Time TV

Leave a comment

Related Posts