Dec 6, 2019, 11:42 am
2 Users Online

Kəmaləddin Heydərovun oğlunu “Bravo”dan qovdular

Taleh Heydərovun “Bravo”dakı mağazaları bir gün içində boşaldılıb

Prezident Administrasiyasındakı “təmizləmə” əməliyyatı başqa sahələrə də transfer etməyə başlayıb. Artıq klanların biznes ortaqlığına da son qoyulur. Bu barədə bildirildiyinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova məxsus “LİBRAFF” kitab mağazaları “Bravo” marketlər şəbəkəsindən çıxarılıb.

Taleh Heydərov
Taleh Heydərov

Uzun müddətdir “Bravo” marketlər şəbəkəsinin içində yerləşən mağazalar 2-3 gün ərzində boşaldılıb. Bu öncə belə bir təsəvvür yaradıb ki, Taleh Heydərov bütün şəbəkəsini bağlayır. Lakin sonradan “LİBRAFF”dan mətbuata bildiriblər ki, bu, doğru deyil. Yalnız “Bravo” şəbəkəsindəki mağazalar bağlanır. 

Bu da o deməkdir ki, Paşayevlər tam ayrılıqda fəaliyyət göstərmək qərarındadırlar və bu səbəbdən Heydərovların onlarla olan birgəliyinə son qoyulur. 

 

Time TV

Leave a comment

Related Posts