Dec 6, 2019, 11:43 am
2 Users Online

İsfəndiyar Vahabzadəni seks videosunu yaymaqla şantaj ediblər

Sabiq səfirin keçmiş günahları karyerasına əbədi son qoyub

24 noyabrda Əli İnsanovun rəhbərliyi ilə Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsi yaradıldı. Komitəyə sabiq nazir rəhbər seçildi. 15 nəfərdən ibarət Təşkilat Komitəsinin üzvlərinə təzyiq göstəriləcəyi ilk andan bəlli idi. Və təzyiqlər özünü çox gözlətmədi.

Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsinin 24 noyabrdakı heyəti

Komitənin üzvü Mirədalət Talışxanov elan etdi ki, guya o, tədbirə hüquqşünas kimi dəvət edilibmiş və partiyadan xəbəri olmayıb. Masallı rayon Məhkəməsinin sədri olmuş Talışxanovu anlamaq olar. Məhkəməyə sədrlik etdiyi dövrdəki 3 ədalətsiz qərarın araşdırılması kifayət edir ki, həbsə göndərilsin. Onun ardınca Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə Budaqova Təşkilat Komitəsindən istefa verdiyini dedi. Bu da məlumdu. Azərbaycanda belə tip insanlar var ki, şəhid, milli qəhrəman yaxını kimi daim imtiyazlardan yararlanırlar. Elə ki, unuduldular bir manevr edir müxalifətin yanında görünür və yenidən özlərini iqtidarın yadına salıb dönürlər aid olduqları yerə. Bəs xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş səfir İsfəndiyar Vahabzadəyə nə oldu ki, 3 gün keçməmiş TK-dan çəkildi. Bizdə olan məlumata görə, İsfəndiyar Vahabzadə Moldaviyada səfir işləyərkən hədsiz sərbəstlik nümayiş etdirib.

Moldavan, rumın qızlarıyla əyləncə məclisləri qurub. Buna görə, Moldaviya XİN-i Azərbaycana bir dəfə müraciət edib ki, səfiriniz ədəbsiz hərəkətlərlə məşğul olur. Azərbaycan tərəfi sübut istəyib. Moldaviya xüsusi xidmət orqanları da Vahabzadənin əyləncə və görüşlərini gizli çəkib Azərbaycana göndərib. Azərbaycan da məcbur olub onun səfirliyinə son qoyub. İndi də İnsanovun yanına gedib siyasi fəaliyyətlə məşğul olmaq istəyərkən, ona gizli çəkilişini göndəriblər. Nəticədə Vahabzadə şantajdan çəkinərək Haqq və Ədalətdən ayrıldığını bildirib. Ehtimal ki, bu Vahabzadənin siyasətlə məşğul olmaq üçün etdiyi son cəhd sayılacaq. 

 

Time TV

Leave a comment

Related Posts