Dec 6, 2019, 11:42 am
3 Users Online

Rauf Arifoğlu Əli Həsənovun üzünə durur

“Yeni Müsavat”ın baş redaktorunun iddiasına görə, 19 oktyabr aksiyasını prezidentin sabiq köməkçisi Əli Həsənov Milli Şura ilə birlikdə təşkil edibmiş

Prezidentin köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifədən gözlənilmədən azad edildiyi bəllidir. İşdən çıxarılmaq xəbəri yayılmaşından 1 saat öncə Qətərin “Peninsula” qəzetinin baş redaktor Khalid M. Al-Shafi ilə görüş keçirməsi onu göstərir ki, Həsənov o qədər özünə əmin olub ki, işdən çıxarılacağına inanmayıb.

Lakin göründüyü kimi, o, vuruldu və bundan sonra elan verdi ki, elmi fəaliyyətlə məşğul olacaq. 

Elmi fəaliyyətlə məşğul olacağını söyləməsi o deməkdir ki, Əli Həsənova siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib. Eyni zamanda məlumat var ki, Respublika Prokurorluğunda cinayət işi açılıb və Əli Həsənova, həyat yoldaşı Sona Vəliyeva, övladlarına məxsus şirkətlərlə bağlı ibtidai istintaq gedir. Belə məqamda Əli Həsənovun başının dəstəsi, ondan maliyyələşənlər əndişədədir. Bu məqamda isə onu ilk şərləyən Həsənovun trol qrupunun ən ləyaqətsiz, şəxsiyyətsiz üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oldu. Arifoğlu facebookda statusla çıxış edərək Milli Şuranın 19 oktyabr aksiyasını Əli Həsənovun təşkil etdiyinə işarə vurub. Güman ki, istintaqa çağrılanda bu şəxs daha təhlükəli məsələlərdən danışıb Əli Həsənovun həbs olunmasına çalışacaq. Çünki Arifoğlunun çörəyi həmişə belə məsələlərdən çıxıb. Bu adam o şəxsdir ki, “Tərəqqi” medalı alanda qaçıb Əli Həsənovun qapısını kəsdirib onunla şəkil çəkdirmişdi. 

Əli Həsənov trol qrupunun ən ləyaqətsiz üzvü Rauf Arifoğlu
Əli Həsənov və onun trol qrupunun ən ləyaqətsiz üzvü Rauf Arifoğlu

Leave a comment

Related Posts