Dec 6, 2019, 11:42 am
3 Users Online

Eldar Namazovun xalası da işdən çıxarıldı

80 yaşlı Dilarə Seyidzadə oktyabrın 24-ü “Şöhrət” ordeni almışdı

Azərbaycan Prezident Administrasiyasında baş verən proseslər eks prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov və onun yaxınlarından da tan ötməyib.

Prezident katibliyi ləğv edilib və katibliyin rəisi, 80 yaşlı Dilarə Seyidzadə işsiz qalıb. 24 oktyabrda “Şöhrət” ordeni ilə təltif olunmuş Dilarə Seyidzadə Eldar Namazovun xalası olmaqla yanaşı, onların nəslinin rəhbəri sayılır. Uzun illər PA-da işləyən xanım artıq vəzifədən uzaqlaşdırıldı və bununla da hələlik Namazovun nəslinin hakkmiyyətlə rəsmi əlaqələri sona yetdi. 

Time TV

Leave a comment

Related Posts