Dec 6, 2019, 11:43 am
2 Users Online

Oktay Əsədov 1-ci gün vəzifəsilə vidalaşacaq

Deputatlar 1-ci gün MM-lə vidalaşacaqlar

Azərbaycan Milli Məclisinin Prezident Administrasiyasının bir şöbəsi funksiyasını yerinə yetirdiyi bəllidir. Lakin elə məqamlar var ki, gərək, formal da olsa, qaydalara əməl edilsin. Bunun üçün isə iradə lazımdı. Azərbaycan Milli Məclisinin rəhbərliyinin və heyətinin bu iradəsi yoxdu. Onlar əmr quludular. Belə olmasaydı, dünən YAP-ın Milli Məclisin islahatlara mane olmasını iddia etməsilə bağlı bir sual verilərdi. Soruşulardı ki, axı nə dediniz biz etmədik. Bunu soruşmağa cəsarət lazımdı. O da ora deputat adıyla doldurulmuş 125 nəfərin heç birində yoxdu. Buna görə bu gün Oktay Əsədov YAP-ın müraciətilə razı olduğunu bildirib. Ən maraqlısı isə odur ki, parlament maksimum 2 saat ərzində 2020-ci il dövlət büdcəsi də daxil olmaqla 23 dövləti əhəmiyyətli məsələni qəbul edib. Parlamentin buraxılması isə dekabrın 2-sinə – gələn həftənin 1-ci gününə qalıb. 

Görünür, deputatlara 1-ci günə qədər vaxt veriblər ki, əşyalarını yığıb MM binasından uzaqlaşsınlar. 

 

Time TV

Leave a comment

Related Posts