Dec 6, 2019, 11:42 am
2 Users Online

Əli Həsənov həbs oluna bilər

Respublika Prokurorluğunda cinayət işi açılıb 

Rauf Arifoğlu, Aydın Quliyev, Yunus Oğuz, Vüqar Səfərov və digərləri istintaqa cəlb ediləcəklər 

Prezidentin keçmiş köməkçisinin mənimsəmələrilə bağlı araşdırma aparmaq üçün Respublika Prokurorluğuna göstəriş verilib

 

Bu saatlarda Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov işdən azad edilib. Bu barədə Time.TV olaraq dünən məlumat vermişdik. Əldə etdiyimiz məlumata görə, Əli Həsənov təkcə işdən azad edilməklə kifayətlənməyəcək. Onu həbs edə bilərlər. Hazırda Respublika Prokurorluğunda açılmış cinayət işi üzrə Əli Həsənov, onun həyat yoldaşı Sona Vəliyeva, övladlarının rəhbərlik etdiyi, sahibi olduqları şirkətlərlə bağlı ibtidai istintaq gedir. İstintaqın nəticəsi kimi həbslər olacağı istisna olunmur. 

Eyni zamanda Əli Həsənovla birlikdə işləmiş qəzet redaktorları – Rauf Arifoğlu, Yunus Oğuz, Aydın Quliyev, Vüqar Rəhimzadə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov, sayt rəhbərləri istintaqa cəlb olunacaqlar. Bir sözlə, Əli Həsənov və dəstəsini ağır günlər gözləyir. 

 

Time TV

Leave a comment

Related Posts