Dec 6, 2019, 11:41 am
2 Users Online
Əli Həsənov trol qrupunun ən ləyaqətsiz üzvü Rauf Arifoğlu

Əli Həsənovun dəstəsini ağır günlər gözləyir

Jurnalist Fikrət Hüseynli Milli Məclisin buraxılması ilə bağlı maraqlı məqalə ilə çıxış edib. Onun maraqlılığını nəzərə alıb təqdim edirik.

Fikrət Hüseynli
Jurnalist Fikrət Hüseynli

 

Ramiz Mehdiyevin “dərin dövləti”ni sərin küləklər uçurub aparır

 

Qəzetlərinin pulları kəsiləcək, saytlatına maliyyə dayandırılacaq, paket alanlar yeni sahib axtarmalı olacaqlar

Yeni Azərbaycan Partiyasının təcili (oxu: məcburi) toplantı çağıraraq Milli Məclisin buraxılması haqqında qərar qəbul etməsi, hakimiyyət daxilindəki mənzərənin gərginliyini ortaya qoydu. Cəmi 69 deputatla parlamentdə təmsil olunan partiyanın MM-i buraxmaq səlahiyyəti yoxdu. Formal da olsa, MM-də 10 yaxın partiya var və onlar da bu prosesdə iştirak etməli idilər. Lakin görünür buna ehtiyac duyulmayıb. Çağırıb və tapşırıblar: Parlamenti buraxmalısınız. Vəssalam. Yəni, qovluqlarınızı vurub qoltuğunuza gedin evinizə. 

Bəs növbəti proses necə olacaq? Təbii ki, sabah MM özünü buraxdığını elan edəcək. Bununla MM sədri Oktay Əsədov YAP-ın bu günkü açıqlamasında yazıldığı kimi, islahatlara mane olduğunu qəbul edəcək. İslahatlara mane olan klan isə hakimiyyətdən getmək zorundadır. Deməli, Oktay Əsədov klanı yola salınır. Bəlkə də ölkə başçısı Oktay Əsədovu uzaqlaşdırmaq üçün sərəncam verməyin qeyri-mümkünlüyünü qəbullanaraq belə addım atıb. Ancaq bu fırtına təkcə Oktay Əsədovu aparmayacaq. Ən güclü zərbə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova dəyəcək. Bəlkə də hazırda hakimiyyətdə ən çox Allaha ibadət edən, ondan yardım diləyən Əli Həsənovdu. Əli Həsənov və onun başına yığdığı dəstə, trol batalyonları, xaricdəki muzdlu “döyüşçüləri”, diasporadakı agentura şəbəkəsi, bəzi radikallarla gizli anlaşma altında aparılan proseslərə yüz milyonlarla manat pul silib.

Məhz buna görədir ki, hazırda Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi kommersiya qurumlarıyla bağlı prokurorluq araşdırma aparır. Ailə üzvlərinə məxsus şirkətlər nəzarətə götürülüb. Məhz maxinasiya, koorrupsiya və dələduzluq faktlarına görə, Həsənov və ya özünün təbirincə desək, Həsənaz və dəstəsini çətin günlər gözləyir. Çox güman ki, Həsənovun çətiri altında Mehdiyevin gizli sifarişlərini yerinə yetirən maklatura qəzetlərin baş redaktorları, kollektivləri özlərinə yeni sahib axtarmalı olacaqlar. Hər ay PA-dan paket alan jurnalist və yazarlar özlərini bir daha satmağa adam axtaracaqlar.

Rauf Arifoğlu - Əli Həsənov dəstəsinin ən ləyaqətsiz və şəxsiyyətsiz nümayəndəsi
Rauf Arifoğlu – Əli Həsənov dəstəsinin ən ləyaqətsiz və şəxsiyyətsiz nümayəndəsi

Buna görədir ki, indidən Rauf Arifoğlu, Aydın Quliyev, Yunus Oğuz və başqaları Mehriban Əliyevanın adamlarının qapılarını kəsdiriblər. Yaltaqlanaraq yeni sahib və ya sahibə axtarırlar. Tapa biləcəklərmi? Hələ məlum deyil. Amma bu adamlar illərlə bu qədər sifətdən-sifətə düşə biliblərsə, tapa bilərlər. 

Bir sözlə, növbə Əli Həsənov və dəstəsinindir. Necə deyərlər, hakimiyyət Ramiz Mehdiyevdən təmizlənir. Konstitusiyada o, Təhlükəsizlik Şurasının üzvü kimi özünü dövlətçiliyin əsası olaraq yazdırsa da. Mehdiyevin dərin dövləti sərin küləklərlə uçub dağılır

 

Time TV

Leave a comment

Related Posts