Dec 6, 2019, 11:42 am
2 Users Online

Şəhid qadınlara “fahişə” deyən əxlaqsız Nuriyev cəzalandırılacaqmı?

İctimaiyyət şəhid qadınlara fahişə deyən Cümşüd Nuriyevin cəzalandırılmasını İlham Əliyevdən tələb edir

Bu günlərdə AzTV-nin efirində Cümşüd Nuriyev 1992-94-cü illərdə Azərbaycanın torpaqlarının azadlığı uğurunda döyəşərək şəhidlər vermiş Qadın Batalyonunu təhqir edib. O, torpaqların qorunması uğrunda döyüşənləri, şəhid olanları açıq şəkildə fahişə, küçə qadını, pozğun adlandırıb. Bu, ictimaiyyətin qəzəbinə səbəb olub. İndi ictimaiyyət iki gün öncə Bakı Dövlət Universitetinin yubileyində Azərbaycanda qadına böyük hörmətin olduğunu deyən prezident İlham Əliyevdən reaksiya gözləyir.

İlham Əliyev deyib ki, Azərbaycanda ağbirçəklərə, yəni, yaşlı qadınlara böyük hörmət var. İndi necə olur ki, Azərbaycan torpaqları uğurunda savaşmış qadınlar, indi yaşlaşıb nənə olan insanlar fahişə adlandırılır və ölkə rəhbərliyi buna susur?

İctimaiyyət İlham Əliyevdən Cümşüd Nuriyevlə bağlı qətiyyətli qərar gözləyir. Əks halda Cümşüdün təhqirinin ləkəsi Azərbaycan hakimiyyətinin üzərində qalacaq. Fahişə ləkəsini təmizləmək isə çətindir. Ölkə rəhbərliyindən ciddi addımlar atmağı gözləyirik.  

 

Time TV

Leave a comment

Related Posts