Dec 6, 2019, 11:42 am
2 Users Online

İndi də erməni deputatlar Bakıya gəlir

Deputatlardan sonra Paşinyanın Bakıya səfəri planlaşdırılır

Beynəlxalq proseslərdə önəmli rol oynadığını qabartmağı sevən rəsmi Kreml Azərbaycan torpaqlarının bir hissəsini 100 il içində 3-cü dəfə ermənilərə verilməsini rəsmiləşdirmək niyyətindədir. Artıq Rusiya Dumasının deputatları Kəlbəcər və Laçının Dağlıq Qarabağla birlikdə ermənilərə qalması şərtilə 5 rayonun geri qaytarıla biləcəyini söyləyib. Bu da o deməkdir ki, uzun illərlik itkilərdən sonra Azərbaycan biabırçı sülhə hazırlanır. 

Bu gün isə Ermənistanın “Qraparak”, yəni, meydan qəzeti yazır ki, Ermənistan parlamentinin deputatları Azərbaycana səfərə hazırlaşırlar. Eyni zamanda Azərbaycan Milli Məclisinin üzvləri də Ermənistana səfər edəcəklər. Onlardan sonra isə yəqin, növbə ölkə rəhbərliyinə çatacaq.

Paşinyanı Xəzərdə belə üzən görsəniz təəcüblənməyin

Bəzi diplomatların bildirdiyinə görə, Ermənistan prezidenti Paşinyan 2020-ci ildə Azərbaycan paytaxtı Bakıya səfər edəcək. Səfər ərəfəsində Dağlıq Qarabağla Laçın və Kəlbəcərin ermənilərə verilməsi prinsipləri müəyyənləşməlidir. Rəsmi Bakı isə bunu cəmiyyətə belə təqdim edəcək ki, müharibəsiz 5 rayon qayıdacaq. Ardınca digərlərinin məsələsi həll olunacaq.

Bir sözlə, biabırçı məğlubiyyətə və ermənilərlə dostluğa hazır olun.

 

Time TV

Leave a comment

Related Posts