Dec 6, 2019, 11:42 am
3 Users Online
Yalçın Qəhrəmanoğlu

Əli İnsanovun partiyasından sərt reaksiya

Yalçın Qəhrəmanoğlu: “İnsanovun yaratdığı partiya öncə YAP-ı çökdürəcək. Çox keçmədən şahidi olacaqsınız ki, YAP hakim partiya rolunu itirib, sadəcə, vaxtilə Heydər Əliyevin sədri olduğu təşkilat kimi qalacaq”

 

Sabiq səhiyyə naziri və keçmiş siyasi məhbus Əli İnsanovun rəhbərliyi ilə yaradılan Haqq və Ədalət Partiyası haqqında müzakirələr davam edir. Bu müzakirələrlə bağlı partiyanın təşkilat komitəsinin üzvü, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Yalçın Qəhrəmanoğlu açlqlama verib. Açıqlamada deyilir:

— Əli İnsanovun rəhbərliyi ilə yaranan partiya ətrafında spekulasiyalar davam edir. Təbii öncədən də bəlli idi ki, narahatçılıqlar olacaq. Çünki hakimiyyətin, Yeni Azərbaycan Partiyasının qurucularından birinin sistemə qarşı açıq siyasi mübarizəyə qalxması rejim üçün ürəkaçan mənzərə deyil. Bu günə qədər yalnız Əli İnsanovdur ki, bu sistemin içindən çıxıb və bütün təzyiqlərə baxmayaraq, partiyasını yaradır. Həbsdən çıxdığı gündən evi 5 qatlı nəzarət altındadır. Görüşünə gələnlər tək-tək sorğuya çəkilir, qorxudulur. Lakin bütün bunlar onu məqsədindən çəkindirə bilmədi və bilməyəcək.
Partiyanın təşkilat komitəsinin elan olunması rejimi silkələdi və onlar bundan qorxuya düşərək siyasi səhvlər buraxmağa başladılar. Amma atalar dediyi kimi, qorxunun əcələ faydası yoxdur. İnsanovun yaratdığı partiya öncə YAP-ı çökdürəcək. Çox keçmədən şahidi olacaqsınız ki, YAP hakim partiya rolunu itirib, sadəcə, vaxtilə Heydər Əliyevin sədri olduğu təşkilat kimi qalacaq. Baş nazirin sabiq müavini Əli Həsənov kimi təqaüdçülərin toplaşıb qeybət etdiyi məkana çevriləcək. Əvəzində Əli İnsanovun partiyası güclənəcək. Bu gün ona dəstək verməyə tərəddüd edənlər sabah onun yanında olacaq. O gün uzaqda deyil.
Mən isə həm Milli Şuranın üzvü, həm də bir aktivist kimi bu prosesdə üzərimə düşən vəzifəni yerinə yetirməkdən çəkinmirəm və çəkinməyəcəm. Hər kəsə uğurlar. Əsas qalib sonda güləndi.

 

Time TV

Leave a comment

Related Posts