Nov 17, 2019, 11:08 am
2 Users Online

Ermənilərə Azərbaycan pasportunu kim verir?

Rusiyada yaşayan ermənilərin Azərbaycan DİN-i vasitəsilə vətəndaşlıq pasportu aldıqları bildirilir 

Bu günlərdə sosial şəbəkələrdə davamlı olaraq Azərbaycandan köçüb getmiş ermənilərin yenidən Azərbaycan vətəndaşı pasportu aldıqları haqqında məlumatlar yayılıb. Məlumata görə, ermənilər Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə DİN-ə müraciət edirlər. DİN isə onların Azərbaycan dilindəki bilik səviyyələri barədə təsdiqləyici rəy aldıqdan sonra onlara vətəndaşlıq pasportu verir.

Maraqlıdır ki, xaricdə doğulmuş azərbaycanlı uşaqların adi doğum şəhadətnaməsi almasını problemə çevirən DİN ermənilərə yaşıl işıq yandırıb. Bu günlərdə Ziya İbrahimov adlı sosial şəbəkə istifadəçisi də bununla bağlı səs yazısı yayıb.

Həmin səs yazısında da bu barədə qeydlər var. DİN isə hələ prosesə aydınlıq gətirməyib. 

 

TİME TV

Оставить комментарий

Похожие сообщения