Nov 17, 2019, 11:06 am
3 Users Online

Naxçıvanın pullarını kim “yeyir”?

Məlumdur ki, Azərbaycan müstəqillik əldə edəndən bu günə qədər Naxçıvan Muxtar Respublikası dotasiya hesabına — yəni, Azərbaycan dövlət büdcəsindən ayrılan yardım hesabına yaşayır. Mövcud reallıqda Naxçıvanda təxminən 300 min əhali yaşayır. Bu haıda sual olunur ki, bu muxtar quruma gələn pullar hara yoxa çıxır? Və haqlı olaraq iqtisadçı alim sual verir ki, 

Naxçıvan niyə inkişaf etmir?

2020-i ilin büdcə proqnozu göstərir ki, gələn il Naxçıvan Muxtar Respublikasına ayrılacaq dotasiya ötən illə müqayisədə 105 milyon 990 min manat və ya 37,6 faiz artacaq. Belə ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 387 milyon 890 min manat proqnozlaşdırılıb. Məlumat üçün qeyd edim ki, bu il üçün gözlənilən dotasiyanın məbləği 300 milyon 360 min manatdır. Sual olunur ki, bəs Azərbaycan «sürətlə inkişaf etdiyi», «vergi və gömrük islahatları böyük nəticələr» verdiyi bir zamanda nədən bütün bunlar Naxçıvan Muxtar Respublikasında hiss olunmur. Əgər orda da inkişaf varsa onda nədən ildən ilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya artır?  

Time TV

 

Оставить комментарий

Похожие сообщения