Nov 17, 2019, 10:58 am
4 Users Online

Hakimiyyət təhsilə yox, polisə “maya” qoyur

Gələn ilin büdcəsində polisə ayrılan pul daha da artırılıb

Ölkədə işsizliyin artdığı bir zamanda güman etmək olardı ki, Azərbaycan hakimiyyəti yeni iş yerlərinin açılmasına daha çox diqqət yetirəcək. Lakin gözlənilənin əksi baş verir. Hakimiyyət baş verə biləcək etirazlardan qorunmaq üçün hüquq-mühafizə orqanlarına daha çox pul ayırıb. Bununla bağlı açıqlama verən iqtisadçı alim Qubad İbadoğlu qeyd edib: 

Hüquq mühafizə orqanlarının saxlanması xərci 43,7 faiz artırılır.

Növbəti ilin büdcəsində kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir.
Gələn il üçün nəzərdə tutulan bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artacaq. Bu artımın 448 milyon 726 min 224 manatı və ya 68,5 faizi hüquq mühafizə orqanlarının payına düşəcək. Müqayisə olunan dövrdə hüquq mühafizə orqanlarının saxlanması xərci də 448 milyon 726 min 224 manat və ya 43,7 faiz artacaq.
Növbəti il üçün məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 1 milyard 973 milyon 67 min 124 manat təşkil edəcək ki, bu həmin il üçün nəzərdə tutulan ümumtəhsil xərclərindən 267 milyon 714 min 321 manat çoxdur. Özünüz nəticə çıxarın, bu hakimiyyət üçün prioritet hansıdır?

 

Time TV

Оставить комментарий

Похожие сообщения