Nov 17, 2019, 10:40 am
4 Users Online

Amsterdam-Madrid reysində yanlış alarm verilib

Air Europa üzr istədi. Bu gün axşam saatlarında Amsterdam aeroportunda həyəcanlı anlar yaşandığını bildirmişdik. Aeroport polisi təyyarədə şübhəli bağlama tapıldığını, informasiya vasitələri isə təyyarənin 27 sərnişinlə birlikdə girov götürüldüyünü bildirmişdi. Bir saata yaxın gərgin vəziyyətdən sonra təyyarə pilotları aeroportla əlaqə saxlaya biliblər. Air Europadan verilən məlumata görə, pilot eniş zamanı yanlış kodu yığıb. Yanlış yığılan 4 rəqəmli kod aeroportda həyacan yaradıb, fövqəladə vəziyyət elan olunub. Lakin bir saatdan sonra vəziyyət aydınlaşıb. Air Europa hava yollarə yanlışlığa görə, Twitter vasitəsilə rəsmi olaraq üzr istəyib. Beləliklə fövqəladə vəziyyət aradan qalxıb.

Time TV İnformasiya Departamenti

Оставить комментарий

Похожие сообщения