Nov 17, 2019, 10:23 am
7 Users Online

Mühacirlər Berlində Azərbaycandakı həbslərə etiraz ediblər

AND təşkilatı siyasi məhbuslara azadlıq tələb edib

Bu gün Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi önündə aksiya keçirilib. Bu barədə Time TV-yə tədbir təşkilatçılarından olan Rauf BabayevEldar Bayram məlumat veriblər.

Berlində aksiya
Berlində aksiya

Onların sözlərinə görə, aksiyada 50-yə yaxın siyasi mühacir iştirak edib. Berlin vaxtı ilə saat 11:00-da başlayan aksiyanın təşkilatçısı Avropada fəaliyyət göstərən Azərbaycan Naminə Demokratiya təşkilatı olub. Aksiyada hazırda Avropada səhhətilə bağlı müalicədə olan AXCP sədrinin müavini, keçmiş siyasi mühacir Gözəl Bayramlı da iştirak edib. O, Azərbaycandakı son repressiyalardan danışaraq siyasi mühacirləri aktiv olmağa, ölkədə baş verən haqsızlıqları Avropa ictimaiyyətinə çatdırmağa səsləyib. 1 saatdan çox davam edən aksiya sosial şəbəkədə canlı yayımlanıb, şüarlar səsləndirilib, sonda qətnamə oxunmasıyla başa çatıb. Azərbaycandan fərqli olaraq, nə döyülən, nə tutulan, nə də asayişi “pozan” olub. 

 

Time TV

Оставить комментарий

Похожие сообщения