Nov 17, 2019, 10:23 am
7 Users Online

Azərbaycanda gediş haqqı qaldırılacaq

Avtobus və metroda gediş haqqının 50 qəpik olacağı gözlənilir

 

Time TV-yə daxil olan məlumata görə, Azərbaycanda gələn ildən nəqliyyatda gediş haqqları qaldırılacaq. Bununla bağlı artıq Bakı Nəqliyyat Agentliyi bəzi yoxlamalar da həyata keçirməyə başlayıb. Bir gedişin qiyməti 50 qəpik olacaq. Bu da ictimai nəqliyyatdan gündəlik istifadə edənlər üçün kifayət qədər pul deməkdi. 

Qeyd edək ki, bir çox ölkələrdə tələbələr, yaşlılar, xəstələr üçün nəqliyyatdan istifadə də güzəştlər mövcuddur. Azərbaycanda isə bu güzəştlər ancaq ayda minimum 1000 manat maaş alan polislərə şamil olunur. Aylıq gəliri heç 200-300 manat olmayan yüz minlər isə bu ayrı-seçkiliyə dözür, etiraz belə etmirlər. Nəticədə möhtəkirlər xalqı istədikləri kimi soyurlar. 

Time TV

Оставить комментарий

Похожие сообщения